3 Oktyabr, 2011
Bakteriyadan mərmi yanacağı

Bu hadisəyə NASA maraq göstərdi

“Simsar.az” xarici xəbər agentliklərinə istinadən xəbər verir ki, hollandiyalı elm adamları bakteriyadan mərmi yanacağı istehsal ediblər. Uzun araşdırmadan sonra onlar primitiv bir bakteriyanın mərmi yanacağı olaraq istifadə edilə biləcək bir maddəni, təbii olaraq istehsal edə bilən bir zülal kokteylini inkişaf etdirdiyini təsdiq ediblər.

Bioloqlar, bir neçə il əvvəl "Kuenenia stuttgartiensis" bakteriyasının, oksigenə ehtiyac duymadan, suyu çirklədən maddələrdən olan ammonyumu azot qazına çevirə bildiyini də ortaya çıxarmışdılar.

"Annamoks" adı verilən bu tip bakteriyalar atmosferdəki azotun yüzdə otuz və yaxud da yüzdə əllsini istehsal edir. Bu kəşf okeanoloqlar, iqlim araşdırmaçıları və su təmizləmə sahəsindəki mütəxəssislərin də diqqətini çəkib. Bu bakteriyalar, su təmizləmə təsisatlarında bir müddətdir istifadə edilir.

Hollandiyanın Radboud Universitetinin əməkdaşı mikrobioloq Professor Mike Reaktiv və qrupu "Kuenenia stuttgartiensis" bakteriyasının eyni zamanda mərmilərdə yanacaq olaraq istifadə edilən bir kimyəvi maddə olan hidrazini (N2H4) çıxarmaq üçün də ammonyumu istifadə etdiyini bildiriblər.

Mike Reaktiv sidikdə bolca olan bu azotun meydana gəlməsindən mərmi yanacağı istehsal eilməsi mövzusuna NASA-nın da maraq göstərdiyini ifadə edib.

Elmar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!