3 Oktyabr, 2011
Azərbaycanda İran mədəniyyət günləri başladı

Tədbir çərçivəsində İran filimləri nümayiş olunacaq

Bugündən başlayaraq Azərbaycanda İran Mədəniyyət Günləri keçirilir. Mədəniyyət və Turiz Naziriliyinin mətbuat xidmətindən simsar.az-a verilən məlumata görə tədbir oktyabrın 7-ə kimi davam edəcək. Mədəniyyət günləri çərçivəsində konsertlərin keçirilməsi, sərgilərin təşkili və filmlərin nümayişi nəzərdə tutulur.

Proqrama əsasən bugün saat 16.00-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseynilə görüşəcək. Görüş Mədəniyyət və Turizm Nazirliyində baş tutacaq. Saat 17.00-da Muzey Mərkəzində sərginin, 18.00-da Muğam Mərkəzində mədəniyyət günlərinin açılışı gözlənilir.

Oktyabrın 4-ü Muzey Mərkəzində “Günəş diyarı, “Ağlayan söyüd”, 5-də isə “8-ci səma”, “Həzrət Süleyman səltənəti” adlı İran filimləri nümayiş olunacaq. Filmlərin təqdimatı saat 15.30-dan başlayacaq.

Arifə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!