2 Oktyabr, 2011
Bu gün MDB Gənclərinin İşləri üzrə Şuranın Iclası keçiriləcək

Düşənbədə keçiriləcəek toplantıda , Şura üzvləri 10-dan çox məsələni müzakirə edəcəklər

Bu gün Düşənbədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin gənclərinin işləri üzrə Şuranın iclası keçiriləcək. MDB İcraiyyə Komitəsinin Belarus paytaxtındakı mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Şura üzvləri 10-dan çox məsələni, o cümlədən Tacikistan Respublikasında dövlətin gənclər siyasətinin həyata keçirilməsi məsələsini, habelə gənclərin beynəlxalq əməkdaşlıq strategiyasının reallaşdırılması ilə əlaqədar 2012-2013-cü illər üçün tədbirlər planını müzakirə etmək niyyətindədirlər.

İclas iştirakçıları cari ilin I-III rüblərində Şuranın işinə yekun vuracaq, IV rüb üçün planları müəyyən edəcəklər.

Bundan əlavə, Birlik ölkələrində gənclərin parlamentarizminin inkişafı, 2012-ci ildə “İdman və sağlam həyat tərzi ili”nin keçirilməsi, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu ilə qarşılıqlı fəaliyyət, milli səviyyələrdə gənclərlə işdə tətbiq edilən sosial texnologiyalar və innovasiya metodikalarının və bəzi başqa məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, MDB iştirakçısı olan dövlətlərin gənclərinin işləri üzrə Şura 2005-ci ildə yaradılıb. Şuraya Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Ermənistanın nümayəndələri daxildir.

Dövlətin gənclər siyasətini həyata keçirən dövlət orqanlarının və ictimai birliklərin qarşılıqlı fəaliyyəti, gənclik problemləri üzrə ikitərəfli və çoxtərəfli müştərək layihələrin həyata keçirilməsi, kadrların müştərək hazırlanması məsələləri Şuranın işinin əsas istiqamətləri kimi müəyyən edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!