1 Oktyabr, 2011
Ahılların bayramıdı

Azərbaycanlılar yoxsulluq səviyyəsindən yuxarı pensiya alırlar

BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir və həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. 22 iyun 2001-ci ildə "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzalanıb. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.

Hazırda ahıl pensiyaçıların 294 778 nəfəri 70-80 yaş arası, 85 237 nəfəri 80-90 yaş arası, 9939 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır.

Azərbaycanda yaşlı əhalinin sosial rifahının yaxşılaşdırılması və pensiyaların artırılması istiqamətində görülən davamlı işlər dövlətin bu sahəyə diqqətini əyani şəkildə sübuta yetirir. Digər pensiyaçılar kimi ahılların da problemləri həmişə diqqət mərkəzində saxlanılır. Onların pensiyalarının təyinatı, vaxtında və ən mütərəqqi metodlarla (plastik kartlarla bankomatlardan və ya POS-terminallardan) ödənilməsi üçün bütün imkanlardan istifadə edilir. Bu il iyulun 1-i tarixindən isə pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən hesablanaraq, təxminən 900 min nəfər əmək pensiyaçısının pensiyası əsaslı şəkildə (orta hesabla 40 faiz) artıb. Bununla da bütün pensiyaçılar yoxsulluq səviyyəsindən yuxarı olan pensiya almağa başlayıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!