1 Oktyabr, 2011
Yol polisindən sürücülərə müraciət

 “Bu gün səhər saatlarından yağmağa başlayan güclü yağış avtomobillərin hərəkətinə müəyyən qədər maneçilik törədir.

Buna görə də sürücülərdən nəqliyyat vasitələrini ehtiyatla idarə etməyi xahiş edirik”. Bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

K. Əliyev hazırda Bakıdakı avtomobil yollarında tıxac olmadığını bildirib: “Əsasən tikinti aparılan ərazilərdə tıxaclar yaranır. Yağış yağması da, bu, nəqliyyatın hərəkətinə müəyyən qədər təsir edir. Bununla əlaqədar sürücülərə avtomobili idarə edərkən müəyyən olunmuş sürət həddini aşmamağı və nəqliyyat vasitəsini hava şəraitinə uyğun idarə etməyi tövsiyə edirik. Hesab edirəm ki, bu şərtlərə əməl olunsa, yol qəzaları da baş verməz”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!