30 Sentyabr, 2011
Azərbaycanda dörd teleradio şirkətinin lisenziyası uzadılıb

MTRŞ hər iki televiziyanın müddətinin uzadılması barədə müraciətlərinə razılıq verib

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda "Lider TV və Radio-Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı, “Azad Azərbaycan” Teleradio Kompaniyasının 106 Mhz və 106.3 Mhz tezlikləri üzrə radio yayımı, “Türkel TV” MMC-nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.

Milli Televiziya və Radio Şurasından ANS PRESS-ə verilən məlumata görə, qurum “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq "Lider TV və Radio-Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı, “Azad Azərbaycan” Teleradio Kompaniyasının 106 Mhz və 106.3 Mhz tezlikləri üzrə radio yayımı, “Türkel TV” MMC-nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!