30 Sentyabr, 2011
Müdafiə Nazirliyində "qaynar xətt" yaradılıb

Çağrışçıların hansı hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər zəng edə bilərlər

Müdafiə Nazirliyi hərbi çağırış sistemində təkmilləşdirmə işlərinin aparılması istiqamətində ədalətlilik və şəffaflıq prinsiplərinin qorunması, neqativ halların qarşısının dərhal aradan qaldırılması məqsədilə nazirliyin təşkilat səfərbərlik idarəsində "qaynar xətt" yaradılıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, çağrışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər və onların yaxınları 1 sentyabrdan etibarən səhər saat 09.00-dan etibarən "qaynar xəttin" bu telefon nömrələrinə 538-61-10, 539 90 28, 539 23 55 zəng edə bilərlər.

Şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlardan isə nazirliyin tərbiyə işləri idarəsinin nəzdində fəaliyyət göstərən "etimad xəttinin" telefon nömrələrinə 538-61-31, 538 61 74, 539 23 76 zəng etmələri xahiş olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!