30 Sentyabr, 2011
Mətbuat xidmətinin rəhbəri böyük vəzifə aldı

Baş prokurorluqda kadr dəyişikliyi olub

Azərbaycan prokurorluq orqanlarında kadr dəyişiklikləri olub.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin Mətbuat xidmətinin prokuroru Təranə Vəlizadə tutduğu vəzifədən azad olunmaqla xidmətin böyük prokuroru, Kürdəmir rayon prokurorunun köməkçisi Çingiz Əli-zadə isə tutduğu vəzifədən azad olunmaqla ona Mətbuat xidmətinin prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!