30 Sentyabr, 2011
Dövlət orqanlarında iş yerləri çoxalıb

Yaşlılar gənclərə yol açır

65 yaş həddi ilə bağlı dövlət orqanlarında xeyli sayda boş vəzifə yaranıb.

Simsar.az-ın verdiyi məlumata görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri müavini Vəfadar Misirov söyləyib. 
O, gələn həftə Komissiyanın yeni müsabiqə-müsahibə keçirəcəyini və 400-ə qədər dövlət qulluğu vəzifələrinin müsabiqəyə çıxarılacağını söyləyib. Bunlar əsasən, mərkəzi icra orqanları və məhkəmələrdə olan boş yerlərdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!