30 Sentyabr, 2011
Borcu olanların işığı kəsiləcək

Onlara bir ay vaxt verilir

"Bakıelektrikşəbəkə" ASC məbləğindən asılı olmayaraq, borcu olan abonentlərin işığını kəsmək hüququna malikdir

Bunu Simsar.az saytına qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

"Abonent hər ayın sonunda elektrik enerjisinə olan borcunu ödəməlidir. O, ödənişdən imtina edirsə, abonentə yazılı xəbərdarlıq göndərilir. Orada abonentin borcunun məbləği və işığının kəsiləcəyi vaxt göstərilir, - deyə T.Mustafayev bilidirib. - Borcun ödənməsi üçün abonentə 1 ay vaxt verilir. Müddət bitdikdə isə həmin ünvana elektrik enerjisinin verilişi dayandırılır. Bu, Azərbaycan qanunvericiliyilə tənzimlənir və burada qanunsuz heç nə yoxdur. "Bakıelektrikşəbəkə" abonentin işığını ən cüzi borca görə də kəsmək hüququna malikdir".

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!