30 Sentyabr, 2011
Rəsm əsəri 1 milyon avroya satıldı

Onu alanın adı gizli saxlanılır

İrlandiyanın dünya şöhrətli rəssamlarından olan Jack B. Yeatsin möhtəşəm rəsm əsəri "A Fair Day, Mayo" təşkil edilən hərracda 1 milyon avroya satılıb.

Simsar.az saytı hurriyet.com-a istinadən xəbər verir ki, 1 milyon avroluq əsəri alan adamın adı gizli saxlanılır. Hərracı təşkil edən səlahiyyətli şəxslər əsərin İrlandiyada qalacağını söyləməklə kifayətlənib.
Tanınmış rəssamın əsərlərini almaq istəyənlər çoxdur. Jack B. Yeats bazara çıxan "ən böyük ölçülü və ən qiymətli" əsərinin İrlandiyanın milli liderlərindən olan Eamon də Valeranın ofisində asılı olduğu deyilir.

Jack B. Yeats sənətçi ailəsində doğulub. O, “Nobel” mükafatı alan şair William B. Yeatsin qardaşıdır.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!