30 Sentyabr, 2011
Yoxsulluğun və işsizliyin səviyyəsi düşüb

Bunu Füzuli Ələkbərov deyib

Azərbaycanda yeni iş yerlərinin yaradılması nəticəsində insanların yaşayış səviyyəsi yüksəlib. 2003-cü ildən bəri Azərbaycanda 930 min yeni iş yeri açılıb. Son 20 il ərzində yoxsulluğun səviyyəsi 67%-dən 9%-ə, işsizliğin səviyyəsi isə 17%-dən 5,7%-ə düşüb.

Simsar.az xəbər verir ki, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib.

O deyib ki, Azrbaycanda işsizliyin səviyyəsi kütləvi halda aradan qaldırılır. İndiki zamanda iş yerlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür.

Nazir bildirib ki, hər il olduğu kimi, 2012-ci ilin dövlət büdcəsində də sosial sahədə artım gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!