29 Sentyabr, 2011
Bakıda reklam dili ilə bağlı araşdırma aparılıb

Söz Azadlığını Müdafiə Fondu reklam və küçə adlarının yazılışına nəzarət edəcək ictimai komissiyanın yaradılmasını istəyir

Söz Azadlığını Müdafiə Fondu (SAMF) Bakının 10 mərkəzi küçə və prospektlərində 442 xidmət sahəsində reklam adlarının yazılışı ilə bağlı monitorinq keçirib.

Fondun mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumatda bildirilir ki, monitorinq zamanı araşdırılan reklam lövhələrinin 37%-nin ingilis, 11%-nin türk dillərində yazıldığı, 18%-ndə isə rus sözlərinin latın qrafikası ilə yazıldığı aşkarlanıb.
Araşdırmalar zamanı bir sıra küçə adlarının yazılışında da yanlışlıqlara rast gəlinib.
SAMF Bakı Şəhər İcra Hakimiyyətinin yanında reklamlar və küçə adlarının yazılışında Azərbaycan dilinin qorunmasına kömək edə biləcək ictimai nəzarət komissiyasının yaradılmasını təklif edir.
Fond reklam dililə bağlı araşdırmalarını davam etdirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!