29 Sentyabr, 2011
Əsədulla Qurbanov Elşad Abdullayevə cavab verdi

«Bu, Elşad Abdullayevin növbəti uydurmalarından biridir» 

«Azadlıq» qəzeti hazırda Fransaya mühacirətə gedən Azərbaycan Beynəlxalq Universitetinin rektoru, professor Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı ölkə başçısına ünvanladığı müraciətinin dərcini davam etdirir.

Qəzetin dünənki sayında Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı toplaya bildiyi sənədlər çap edilib.

Elşad Abdullayev bildirir ki, «91-lər»dən olan Əsədulla Qurbanov Mahir Abdullayevin sağ olduğunu və MTN-də saxlanıldığını bildirib: «Əsədulla Qurbanov bildirdi ki, oğlum MTN-də işləyir və Mahiri şəxsən görüb. Onu orada saxlayırlar».

Əsədulla Qurbanov ABU rektorunun dediklərinə münasibət bildirib. “Bizim Yol”a açıqlamasında keçmiş YAP-çı məsələyə bir cümlə ilə cavab verib: «Bu, Elşad Abdullayevin növbəti uydurmalarından biridir».

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!