29 Sentyabr, 2011
Kəmaləddin Heydərov Belçikanın Azərbaycandakı səfirini qəbul edib

Fövqəladə hallar naziri Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luk Truyensi qəbul edib.  

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda nazirlik tərəfindən həyata keçirilən və keçirilməsi planlaşdırılan layihələr, görülən işlərin beynəlxalq normalara cavab verən səviyyədə olması üçün nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində aparılan işlər barədə geniş məlumat verib.

Öz növbəsində, səfir iki dövlətin müvafiq qurumları arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün birgə səylər göstərəcəyini vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!