28 Sentyabr, 2011
Quraqlıq Texasda dəhşətli fəlakətlərə yol açıb

Yaşıllıq məhv olub, mal-qara arıqlaqıb, balıqlar ölüb 

ABŞ-nın Texas Parkları və Vəhşi Doğa Departamenti (TPVD) tərəfindən çəkilən ən son görüntülər ölkənin ən böyük əyalətlərindəki quraqlığın təhlükəli həddə çatdığını göstərir.

Burada artıq ağaclar solur. Bataqlıqlar quryur. Heyvanlar yem tapmadığından bir dəri, bir sümük qalıbıar.

Qərbi Texasdakı göldə bakteriyaların sayı həddən artıq çoxalıb.

TPVD sözçüsü Steve Lightfoot ərazidə oksugenin azaldığını, bakteriyaların çoxaldığını deyib. Göllərdə su quruması üzündən 170 min balıq ölüb.

Texasın 80 faizi artıq quraqlıqdan əziyyət çəkir.

Havanın həddindən artıq isti keçməsi ümidləri öldürür. İnsanlar böyük səbirsizliklə La Nina qasırğasını gözləyir.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!