28 Sentyabr, 2011
Mobil telefonun dəhşətli ziyanı

Onların uşaqlarda olması ağır fəsadlar törədir

Müasir uşaqların əksəriyyəti uzaq məsafəni görmək imkanından məhrumdur. Tayvanlı oftalmoloqlar aşkar ediblər ki, birinci sinif şagirdləri arasında uzağı görməyənlər 21,5 faiz, altıncı sinif şagirdləri arasında isə artıq 65 faiz təşkil edir. Uşaqların 3,4 faizi uzağı görməməyin ağır formasından əziyyət çəkirlər. Bu barədə Trend Likar.info portalına istinadən xəbər verir.

Həkimlər və alimlər belə cansıxıcı nəticələri uşaqların körpə yaşlarından mobil telefonlardan istifadə etmələri ilə əlaqələndirirlər.

Körpələr valideynlərinin mobil telefonları, portativ kompyuterləri, planşetləri ilə oynayırlar.

Böyüdükdən sonra isə özlərinə elektron cihazlar alırlar ki, bu da uşaqların görmə qabiliyyətini ildən-ilə pisləşdirir.

Mütəxəssislərin fikrincə, uşaqların gözləri davamlı yüklənmənin öhdəsindən gələ bilmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!