27 Sentyabr, 2011
İran Türkiyəni yalançı adlandırdı

İranın dini liderinin hərbi məsləhətçisi: “Türkiyə ilə İsrail pərdə arxasında danışıqlar aparır”

Son dövrdə Türkiyəyə raketdən müdafiə mövzusunda tez-tez tənqidlər səsləndirən İran bu dəfə İsraillə əlaqədar iddia irəli sürüb. İranın dini lideri Əli Xameneyinin hərbi məsləhətçisi General Yahya Rahim Səfəvi Türkiyə ilə İsrailin pərdə arxasında danışıqlar apardığını bildirib.


Fars Xəbər Agentliyinin bildirdiyinə görə, Səfəvi Ərdoğanın sionistlərə qarşı çıxışlarını siyasi bir nümayiş olduğunu bildirib.

Agentlik Türkiyənin anti-İsrail siyasəti aparmasına baxmayaraq bu ölkədə yerləşdiirlən raket qyrğularının İran və Suriyaya qarşı nəzərdə tutulduğunu iddia edir.

“Tehran Times”in xəbərinə görə Xameneyinin hərbi məsləhətçisi Səfəvi çıxışında həmçinin, Türkiyəyə yerləşdiriləcək raket müdafiə sisteminin İrana deyil, Rusiyaya qarşı bir təhdid meydana gətirəcəyini ifadə edib.

Səfəvi, xarici qüvvələrin İrana qarşı bir müharibəyə girməsi ehtimalının isə zəif olduğunu ifadə edib. İranlı yetkili "Çünki Tehrana qarşı xarici təhdidi ümumiyyətlə ABŞ və İsrail yönəldir. Amma bu ölkələr bu anda öz içlərində fərqli problemlərlə mübarizə edirlər" deyib.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!