27 Sentyabr, 2011
Asim Mollazadədən İsrailə dəstək

Partiya sədri bu ölkənin səfirilə görüşüb

Demokratik İslaһatlar Partiyasının sәdri Asim Mollazadә İsrailin Azәrbaycandakı fövqəladə və səlahiyyətli sәfiri Mixael Lavon Lotemlә görüşüb.

Partiyanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüşdə Azәrbaycan-İsrail əlaqələri, ölkәmizdәki ictimai-siyasi durum, Ermənistan-Azərbaycan münaqişəsi, Yaxın Şərqdəki vəziyyət, İsrail-Fələstin münaqişəsinin həlli perspektivləri müzakirə edilib.

Məlumatlara görə, Mixael Lavon A.Mollazadədən Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi fonunda Azərbaycanın ikinci ölkəyə dəstək verməsinə yardımçı olmasını xahiş edib.

Asim Mollazadə səfiri İsrail xalqının milli yeni il bayramı – Roş-Ha-Şana münasibətilə təbrik edib, ona partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!