27 Sentyabr, 2011
Türkiyə paytaxtında həyəcan

Ankara Polis İdarəsi xəbərdarlıq edib, terrorçunun şəxsiyyətini müəyyənləşdirmək hələ də mümkün olmayıb

Ankarada 3 nəfərin həyatını itirməsinə, 34 nəfərin yaralanmasına səbəb olan partlayışı törədən terrorçunun kamikadze kimi növbəti partlayış törədəcəyi barədə polisə məlumat daxil olub.
Simsar.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Ankara Polis İdarəsi bununla bağlı bütün polis əməkdaşlarına xəbərdarlıq edib. 3 ayda 2 dəfə partlayış törədən terrorçunun 2 ayrı sürücülük vəsiqəsi və 4 şəxsiyyət vəsiqəsindən istifadə etdiyi üzə çıxıb. Şimali İraqda Qəndil Dağındakı PKK düşərgələrində peşəkar təlim keçdiyi ehtimal olunan terrorçunun görüntüsü müşahidə kameralarına düşsə də, hələ də onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!