27 Sentyabr, 2011
NETANYAHU ƏRDOĞANA YALANÇI DEDİ

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "CNN" televiziyasına verdiyi müsahibəsi zamanı İsrail rejiminin cinayətlərini ifşa etmişdi.

O, müsahibəsi zamanı ""İsrail yüzminlərlə fələstinlini öldürür, araşdırın görün Fələstinə edilən hücum zamanı nə qədər israilli öldürülüb. İsrail soyqırım həyata keçirir, amma özünü zərər çəkmiş kimi aparır" demişdi.
İsrail rejiminin baş naziri Benyamin Netanyahu "Jerusalem Post" qəzetinə verdiyi açıqlamasında Ərdoğanın bu çıxışına münasibət bildirib. O, Ərdoğanı yalançı adlandırıb. "Bu çirkin iddiaların həqiqətlə əlaqəsi yoxdur. Biz soyqırım həyata keçirməmişik. Fələstin terrorundan minlərlə israilli öldü. Bu açıqlamaları bir türk liderindən eşitmək çox məyusedicidir", - deyə Netanyahu bildirib.
İsrail rejiminin xarici işlər naziri Liberman isə Ərdoğanın bir daha İsrail rejiminə sözlə hücum etdiyini söyləyib. O, "Ərdoğanın açıqlamaları İsrailin imici üçün yaxşıdır" - deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!