27 Sentyabr, 2011
İtaliyada iki cadügər qadının cəsədi tapılıb

800 il əvvələ təsadüf edilən qəbrlərdə maraqlı nişanlar var

İtaliyada aparılan arxeoloji qazıntılar zamanı çənəsinə yeddi mismar sançılmış, digərinin isə ətrafına 17 zər qoyulmuş iki qadın skileti tapılıb.  

800 illik tarixi olan skiletlər "cadügərlik" ittihamı ilə öldürülən qadınlara aid olduğu bildirilir. Mütəxəssislər tabut və ya kəfən olmadan basdırılan qadınların 25-30 yaş aralarında olduqlarını deyirlər. Mütəxəssislər mismarların qəbirdən çıxmaması üçün qadının çənəsinə vurulduğunu güman edirlər. Digər qadının da uğursuz rəqəm olan 17 zərlə əhatə olunmasını ekspertlər orta əsrlərdə zər oyununun qadınlara qadağan olunması kimi izah edirlər.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!