27 Sentyabr, 2011
Neft Fondu 60 milyardın yarısını xərcləyib

Hazırda fondun vəsaiti 32 mlrd. dollara çatdırılıb

Simsar.az-ın xəbərinə görə, bu barədə bu gün Sənaye və Energetika Nazirliyinin təşkilatçılığı Bakıda keçirilən “Azərbaycanın dövlət müstəqilliyi: Sənaye-energetika kompleksi yeni zirvələrə doğru” adlı dəyirmi masada çıxış edən ARDNF-ın icraçı direktoru Şahmar Mövsümov bildirib.

Dövlət müstəqilliyinin 20 ilini əhatə edən neft strategiyasından danışan Ş.Mövsümov qeyd edib ki, bu dövr ərzində ölkədə bir sıra nəql marşrutları, o cümlədən Bakı-Tiflis-Ceyhan, Bakı-Novorossiysk, Bakı-Supsa və s. neft kəmərləri inşa olunub.

ARDNF-ın 1999-cu ildə yaradıldığını deyən Ş.Mövsümov bildirib ki, fond 270 mln. dollar məbləğində vəsaitlə yaradılıb. Hazırda isə fondun vəsaiti 32 mlrd. dollara çatdırılıb: “Ümumiyyətlə, fəaliyyəti dövrü ərzində fonda 60 mlrd. dollardan çox vəsait daxil olub. Bunun yarısı Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, gənclərin xaricdə təhsil alması və s. layihələrin icrasında istifadə olunub, yarısı isə saxlanılıb”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!