27 Sentyabr, 2011
HAVANIN TEMPERATURU ENƏCƏK

Paytaxtda mülayim şimal-qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-18 dərəcə, gündüz 22-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Tibii-meteoroloji proqnoz: Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!