27 Sentyabr, 2011
ŞOK! «Azərbaycanı tərk etmək məcburiyyətində qalacağam»

Flavinyo: "Belə olan halda Azərbaycana səviyyəli legioner də gəlməz"

"Bu cür oynamaq olmaz! Belə olan halda Azərbaycana səviyyəli legioner də gəlməz. Bu tip kobudluqlara hakimlər də göz yummamalıdı. Çünki kobudluq edən futbolçular cəzalandırılsa, belə halların da qarşısı alınar". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin "Bakı" ilə oyununda zədələnən Flavinyo deyib.
Flavinyonu Novruz Məmmədov zədələdi. Həmin Məmmədov ötən il "Muğan"ın heyətində braziliyalını zədələmişdi: "Bakı" ilə oyundan sonra bildim ki, məni zədələyən ötən mövsüm də ayağımı sındırmış futbolçudu. Maraqlıdı, amma təsadüf bir dəfə olur, iki dəfə yox. Allaha dua edirəm ki, bu dəfə ayağım sınmadı. Azərbaycanı çox sevirəm, maraqlı futbol çempionatı gedir. Ancaq bu cür hallar davam etsə, Azərbaycanı tərk etmək məcburiyyətində qalacağam".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!