26 Sentyabr, 2011
Aktyor Anar Heybətovun 35 yaşı tamam oldu

Amma o, bu günü adi gün kimi keçirmək məcburiyyətində qaldı

Akademik Milli Dram Teatrının aktyoru, "Qaydasız Döyüş", “Yaddaş” filmlərində əsas rolların ifaçısı olan Anar Heybətovun dünən doğum günü idi. 35 – yubley yaşını adi günlərdən biri kimi qeyd edən aktyor bunun səbəblərini Simsar.az-a danışdı.

Bu il anasını itirən Anar Heybətov bu yoxluqdan çox sarsıldığını bildirdi: “Doğum günündə öncə iş yoldaşlarım məni təbrik etdi. Tort hədiyyə etmişdilər. Sağ olsunlar. Günorta teatra baxmışam. Axşam isə dostlarım məni aldadıb qonaqlığa apardılar. Doğum günü ilə bağlı süfrə açmışdılar. Çox istərdim ki, yubleymi qeyd edim. Amma alınmadı. Bu da bir qismətdi”.

Yaradıcılıq planlarından danışan Anar Heybətov dedi ki, 48 serialı filmə çəkiləcək. Filmdə baş rolu ifa edəcək aktyor hələ əsərlə tanış olur. Telekanalda nümayiş etdiriləcək filmin mövzusu gündəlik həyatımızdan götürülüb. Məhəbbət xarakterli olsa da, mövzu digərlərindən fərqlənir.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!