26 Sentyabr, 2011
Yaşar Nurinin vəziyyəti yaxşılaşdı

Məşhur aktyor palataya köçürüldü

Bu barədə Lent.az-a aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bildirib. Onun sözlərinə görə, hazırda aktyor özünü nisbətən yaxşı hiss edir. Bu gün axşam saatlarında ailə üzvləri onu ziyarətə gedəcəklər.

Xatırladaq ki, sentyabrın 15-də Yaşar Nurinin səhhəti yenidən pisləşmiş və o, Dövlət Gömrük Komitəsinin Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəli Türkiyənin Memorial Xəstəxanasında uzun müddət müalicə olunmuşdu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!