26 Sentyabr, 2011
Təbriz yenə ayağa qalxır

Bu dəfə onlar süküt edəcək

Simsar.az-ın Günaz TV-nin internet saytına istinadən verdiyi məlumata görə, həmin gün Təbriz komandası öz meydanında Kirmanın “Mis” klubunu qəbul edəcək. 
Keçirilən aksiya ilə bağlı bir qrup “Traxtur” tərəfdarı vərəqələr yayıb. Vərəqələrdə qeyd olunur ki, bu etiraz yaralanmış “Trxatur” tərəfdarlarının tökülən qanının hörmətinə həyata keçirilir: “Bu qanlar stadionlarda türklərə qarşi edilən təhqirlər və futbol federasiyasinin “Traxtur”a qarşı qərəzli siyasəti ilə yadda qalmaqdadır”.
“Traxtur” tərəfdarları bildiriblər ki, “Traxtur”a qarşı ədalətsizlik davam edərsə, daha şiddətli reaksiya göstərəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!