25 Sentyabr, 2011
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi yekunlaşdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanının birinci mərhələsinə yekun vurub.

TQDK-dan Simsar.az-a verilən məlumata görə, sentyabrın 24-də 2011/2012-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib. Bu mərhələdə namizədlər baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə imtahan veriblər. 

İmtahan Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında saat 11:00-da başlanıb və saat 13:30-da başa çatıb. İmtahan təlimata uyğun şəkildə keçirilmiş, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahanda iştirak etmək üçün ərizə vermiş 1063 namizəddən 15 nəfəri imtahana gəlməyib. Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi sentyabrın 25-də keçiriləcək. Bu mərhələdə namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Rezidenturaya qəbul imtahanının nəticələri sentyabrın 26-da elan olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!