24 Sentyabr, 2011
Cəlil Məmmədquluzadənin ev muzeyində tədbir olacaq

"Turizim ili"ni əhatə edən tədbirlər davam edir

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 27-də muzeydə “Açıq qapı” günü elan ediləcək.


Respublika Gənc Turist və Diyarşünaslıq Mərkəzi ilə birlikdə təşkil olunacaq tədbir “Muzeylərimiz tarixin daşıyıcısıdır” devizi altında keçiriləcək. Tədbirdə muzeydə fəaliyyət göstərən “Gənc turist” klubunun üzvləri, Bakı şəhərindəki 150 saylı orta məktəbin müəllim və şagirdləri, muzey əməkdaşları iştirak edəcəklər.


Tədbir sentyabrın 29-da Bibiheybət qəsəbə Mədəniyyət evi ilə birlikdə davam etdiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!