24 Sentyabr, 2011
FƏLƏSTİN BMT ÜZVLÜYÜ ÜÇÜN MÜRACİƏT EDİB

Fələstin BMT Baş katibinə təşkilata üzv olmaq üçün müraciət edib. Bu barədə BMT mətbuat xidməti məlumat yayıb.

Sənəddə dövlətin 1967-ci ildəki «Altıgünlük müharibə»dən əvvəlki sərhəddə qəbul edilməsi xahiş olunur.

Daha öncə ABŞ Fələstinin BMT-yə müraciəti halında ona veto qoyacağını bildirib. İsrail isə Fələstinlə danışıqları dayandıracağını bəyan edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!