24 Sentyabr, 2011
SAMİR CAVADZADƏNİN ADI SİYAHILARDAN ÇIXARILDI

Bu günlərdə baş vermiş qanlı insident müğənninin imicinə xələl gətirib

Samir Cavadzadənin adı qarşıda gələn bütün tədbirlərdən çıxarılıb. Bu günlərdə baş vermiş qanlı insident müğənninin imicinə əməlli-başlı xələl gətirib.

Oktyabrın 27-də Milli Parkda Turizm gününə həsr olunmuş konsert təşkil ediləcək. Samir Cavadzadənin adı həmin gün çıxış edəcək müğənnilərin siyahısından çıxarılıb. Bundan başqa Samir adı 3 oktyabrdan İTV-nin efirində yayımlanacaq "Şou №1" layihəsindən çıxarılıb.

Xatırladaq ki, müğənni Samir Cavadzadə bir evdə yaşadığı Elvin Hüseynova aralarındakı mübahisə zamanı boyun nahiyyəsindən yüngül bıçaq xəsarəti yetirilib. Cavadzadə bölməyə çağırılıb və izahatı alındıqdan sonra buraxlılıb. Hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən Elvin Hüseynov polisə ifadəsində Samir Cavadzadə tərəfindən bıçaqlandığını bildirib.

Qeyd edək ki, hadisəni araşdıran Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı Əziz Əzimov açıqlamasında bildirib ki, Elvin Hüseynov ifadəsində Samiri yumruqla vurduğunu, sonra isə Samirin ona bıçaqla xəsarət yetirdiyini deyib: “Hazırda tibbi ekspertizanın nəticələrini gözləyirik. Nəticələr açıqlanan kimi hadisə ilə bağlı cinayət işi başlanacaq. Ekspertizanın rəyinə görə, Elvin Hüseynovun xəsarəti ağır olarsa, Samir Cavadzadənin həbsi qaçılmazdır”./anspress

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!