24 Sentyabr, 2011
İŞ ADAMINI QARƏT EDƏN ŞƏXSLƏR TUTULUBLAR

Azərbaycanda iş adamının avtomobilindən 75 min dollar oğurlayan şəxslər tutulublar

Azərbaycan paytaxtında avtomobildən külli miqdarda pul oğurlayan şəxslər ifşa edilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qurbanov Oruc Səfər oğluna məxsus “Toyota Prado” markalı avtomaşından külli miqdarda pul oğurlamaqda təqsirli bilinən Ağdam rayon sakinləri Yaqub Vəliyev və Elnur Xəlilov tutulublar.

Qeyd edək ki, məlum hadisə sentyabrın 13-də Bakının Nizami rayonu Naxçıvanski küçəsi, 10 ünvanında yerləşən binanın qarşısında qeydə alınıb. İş adamı Qurbanov Oruc Səfər oğluna məxsus “Toyota Prado” markalı avtomaşından 60 min ABŞ dolları və 13 min 400 manat pul oğurlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!