23 Sentyabr, 2011
KƏNAN DOĞULU AZƏRBAYCAN JURNALİSTLƏRİNƏ AŞİQ OLDU

Kənan Doğulu bu gün keçirdiyi mətbuat konfrasında Azərbaycan jurnalistlərinin sevgisini gördüyü zaman heyrətləndi

"SA production"ın təşkilatçılığı ilə Yaşıl Teatrda konsert verəcək populyar türk ulduzu Kənan Doğulu bu gün keçirdiyi mətbuat konfrasında Azərbaycan jurnalistlərinin sevgisini gördüyü zaman heyrətləndi. İstər mətbuat konfransında ünvanlanan suallar, istərsə də jurnalistlərin tədbirdən sonra şəkil çəkdirmək üçün yaratdıqları növbə Kənanda özünə əminliyi daha da artırdı.

Türk mediası ilə bizi müqayisə edən ulduz bunları söylədi: "Çox mehriban və istiqanlısınız. Fərqiniz odur ki, siz sənətçilərə daha isti münasibət göstərirsiniz. Bəlkə də qonaq gəlmişəm deyə məni bu cür qarşıladınız. Amma yenə də sizin jurnalistlərinizə aşiq oldum".

Salonu tərk edən sonuncu media mənsubu ilə şəkil çəkdirməkdən imtina etməyən müğənni sonda hamılıqla onları konsertinə dəvət etdi.

trend

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!