23 Sentyabr, 2011
BAKIYA UÇAN TƏYYARƏ MOSKVADA MƏCBURİ ENİŞ EDİB

Sankt-Peterburq-Bakı reysini həyata keçirən “Airbus-319” təyyarəsi sərnişinin həyatını xilas etmək üçün “Şeremetyevo-2” aeroportuna məcburi eniş edib

Yerli vaxtla 13.30-da Pulkovo hava limanından havaya qalxaraq Bakıya doğru istiqamət götürən təyyarədə fors-major vəziyyət yaranıb. Təyyarə havada olan zaman sərnişinlərdən biri stüardessaya səhhətinin pisləşməsindən şikayətlənib, daha sonra huşunu itirib. Sərnişinə ilkin yardım göstərilib, ekipajın komandiri onun həyatını xilas etmək üçün ən yaxın hava limanına eniş etmək barədə qərar qəbul edib. Təyyarə havaya qalxdıqdan sonra bir saat on dəqiqə sonra “Şeremetyevo-2” aeroportuna məcburi eniş edib. Səhhəti pisləşən sərnişin xəstəxanaya aparılıb, digər sərnişinləri Bakıya aparmaq üçün Sankt-Peterburqdan “Şeremetyevo-2” hava limanına başqa bir təyyarə göndərilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!