23 Sentyabr, 2011
Türkiyə Eurovision"da oxumağa müğənni axtarır

Müsabiqə elan edildi

Simsar.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Türkiyənin müsabiqə üzrə yayımçısı TRT gələn il müsabiqədə iştirak etmək istəyən təmsilçiləri seçimlərə dəvət edir. Məlumata görə, daha sonra tamaşaçılar milli televiziyanın rəsmi saytında keçiriləcək səsverməyə qoşulacaqlar. Ən çox səs toplayan təmsilçiyə milli yayımçı rəsmi olaraq müraciət göndərəcək və həmin təmsilçi ölkəni müsabiqədə təmsil edəcək.

Ötən il Almaniyada keçirilən “Eurovision-2011” mahnı müsabiqəsində Türkiyəni "Yüksək Sədaqət" qrupu “Live it up” mahnısı ilə təmsil edib, amma finala vəsiqə qazanmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!