23 Sentyabr, 2011
OBAMA FƏLƏSTİNİ KÜRƏYİNDƏN BIÇAQLADI

Fələstinin qarşısında üç yol var

Simsar.az saytının yazete.com-a istinadən verdiyi xəbərə görə, Fələstinin "1967 sərhədləriylə müstəqil bir ölkə kimi BMT-yə tam üzv olaraq qəbul edilməsi" üçün lazım şikayəti etməsi gözlənilir.

Buna qarşı etiraz edən ABŞ prezidenti Barak Obama bir gün əvvəl Fələstin lideri Mahmud Abbasa müraciətində fikirlərini açıq şəkildə bəyan edib. Obamanın bu rəftarı fələstinliləri hirsləndirib.

Dünən minlərlə fələstinli Qəzza və Qərb Şəriyədə nümayiş təşkil edib. Abbasın həyətindəki fələstinli səlahiyyətlilər isə Obamanın çıxışını "Bizi kürəyimizdən bıçaqladı" deyiblər. Fələstinin bir çox səlahiyyətli şəxsləri isə "Obama artıq dost deyil” kimi şüarlar səsləndirib.

Fələstinin qarşısında üç ssenari var:

- Fələstin BMT Təhlükəsizlik Şurasından dövlət olaraq tanınmağı istəyə bilər. Onda əksəriyyət buna razılıq versə də, ABŞ veto qoyacaq. Bu isə İsrail üçün zəfər deməkdir.

- Fələstin BMT Baş Katibliyinə dövlət kimi tanınma müraciəti edə bilər. Onda müraciət az fərqlə qəbul olunacaq, ancaq BMT Təhlükəsizlik Şurasının razılığı olmadan qərar məcburi qüvvəyə minə bilməyəcək. Busa İsrailin dünya ictimaiyyəti ilə əlaqə sahəsində məğlubiyyəti olacaq. Ancaq fələstinlilərin tam üzvlük haqlarından faydalanamaması İsrail üçün qazanc sayıla bilər.
- Fələstin müşahidəçi statusuna sahib çıxmaq üçün BMT Baş Katibliyinə müraciət edir. Məhz bu müraciət böyük dəstək alacaq. Beləliklə, Fələstin BMT təşkilatlarının köməyilə İsraili təcrid edə bilər.

Aynurə Həsənova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!