23 Sentyabr, 2011
Səbail Məhkəməsinin önündə toqquşma

Səbail Məhkəməsinin önündə toqquşma

Səbayel rayon Məhkəməsinin qarşısında vəziyyət gərginləşib. Müxalifət liderlərinin məhkəmədə şahid qismində ifadə etdiyi bir vaxtda gözlənilmədən məhkəmənin binası qarşısına çevik polis alayının əməkdaşları və idmançı görkəmli gənclər toplaşmağa başlayıb.


Reportyorumuzun verdiyi məlumata görə, idmançılar məhkəməsinin qarşısında jurnalistlərə və prosesi izləmək üçün gəlmiş insanlara təzyiq ediblər. Onlar toplaşanları təhqir edib, söyüblər və davaya təhrik ediblər. Bütün bunları polislərin gözü qarşısında baş verib. Jurnalistlər bu barədə məhkəmə qarşısında cəmlənmiş polislərin rəisinə məlumat versə də, heç bir tədbir görülməyib. Onlar məcbur qalaraq üzləşdikləri rəftarla bağlı DİN-in mətbuat xidmətinə xəbər veriblər.

Jurnalistlər camaatı təhqir edən idmançıların şəkillərini çəkiblər və onları əldə edən kimi, yayacağıq. İdmançıların təhriki, polislərin himayədarlığı ilə düşən dava-dalaşda "Yeni Müsavat"ın reportyoru Elşən Balaxanılı fiziki təzyiqə məruz qalıb.

Müşahidəçilər bildirirlər ki, idmançıların məhkəmə qarşısında səfərbər olunması müxalifət liderlərinin məhkəməyə gəlməsi ilə bağlıdır. Məqsəd onların ağzıyla liderləri, xüsuslə də AXCP əsdri Əli Kərimlini təhqir etməkdir.

Əməkdaşmızın verdiyi xəbərə görə, məhkəmə binası önündə əmələ gələn gərginliklə bağlı olaraq prosesdə fasilə yaranıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!