23 Sentyabr, 2011
Yaradıcılıq məktəbləri direktorlarının müşavirəsi olacaq

Bunu Əbülfəz Qarayev deyib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə Azərbaycanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçiriləcək.

 Bu barədə Simsar.az-a Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər. Məlumata görə, müşavirədə respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə 2010-2011-ci tədris ilinin yekunları, habelə yeni 2011-2012-ci dərs ilində məktəblərin 
qarşısında duran vəzifələr müzakirə olunacaq.


Müşavirə sentyabrın 26-da Bakı şəhər Qara Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbində baş tutacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!