23 Sentyabr, 2011
Prezident Varşavaya gedəcək

İlham Əliyev "Şərq Tərəfdaşlığı" sammitinə qatılacaq

Simsar.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı üzrə direktoru Qunnar Viqand məlumat verib.

“Şərq Tərəfdaşlığı sammiti Avropa İttifaqının iştirakçı ölkələrlə münasibətlərini möhkəmləndirəcək. Azərbaycan prezidenti də sammitdə iştirak edəcək, burada Avropa İttifaqı ölkələrinin dövlət başçıları, Avropa İttifaqının rəhbərliyi, “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin rəhbərləri ilə görüşəcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!