23 Sentyabr, 2011
Əli Kərimli və İsa Qəmbər ifadə verəcək

"Müxalifət liderləri məhkəməyə gəlsinlər" iddiası təmin olunub

Bu gün Səbail Rayon Məhkəməsində müxalifətin 2 aprel aksiyasına görə cinayət məsuliyyətinə alınmış Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı, partiyanın gənclər komitəsnin sədri Tural Abbaslı, AXCP sərdinin müavini Fuad Qəhrəmanlı və AXCP ictimai əlaqlər şöbəsnin müdiri Məhəmməd Məcidlinin məhkəməsi davam edir.

Simsar.az-ın məlumatına görə, bugünkü prosesdə AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərin ifadə verəcəyi gözənilir. Xatırladaq ki, hər iki partiya liderinin şahid qismində ifadə verməsi ilə bağlı məhkəmənin ötən iclasında vəkillərin vəsatətini hakim təmin etmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!