23 Sentyabr, 2011
Gürcüstandan erməni seperatçılarına zərbə

Rəsmi Tiflis Azərbaycanı dəstəklədi

Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində müstəqilliyini, eləcə də ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini təsdiq edir və 2011-ci ilin 18 sentyabrında Dağlıq Qarabağda keçirilən qeyri-qanuni seçkiləri tanımır. Simsar.az-ın Rusiya saytına istinadən verdiyi xəbərə görə, Gürcüstan xarici siyasət idarəsi dünya ictimaiyyətinin münaqişənin sülh yolu ilə nizamlanmasına yönəldilən səylərini alqışlayır və hesab edir ki, dialoqun davam etdirilməsi üçün nativ mövcud deyil.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!