22 Sentyabr, 2011
Totalizator əməliyyatı başladı

İki rayon ərazisində qanunsuzluq aşkar edilib 

Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən paytaxtın Nəsimi və Nizami rayonları ərazisində vergi nəzarəti tədbirləri həyata keçirilərkən vətəndaş Muradov Murad Böyük oğluna məxsus, Cavadxan küçəsi, ev 17 ünvanda yerləşən “Qladiator” futbol klubu, həmin ünvandakı zirzəmidə yerləşən, Əliyev Ramin Musa oğluna məxsus “Çay evi” futbol klubu, Qurbanov Ramil Raqif oğluna məxsus həmin ünvanda yerləşən “Vüsal” çay evinin zirzəmisi və Nuruşov Ceyhun İsaq oğluna məxsus, Nizami rayonu, Q.Qarayev küçəsi 61 ünvanda yerləşən futbol klublarının qanunsuz fəaliyyətlərini təsdiq edən 2 ədəd noutbuk, 3 ədəd kompüter prosessoru, 1 ədəd televizor, möhür, nağd pul vəsaiti, “qara mühasibatlıq” sənədləri, dövriyyəsini əks etdirən 2 ədəd kitabça, yüzlərlə sayda vətəndaşlara verilmiş uduş pullarını təsdiq edən yüzlərlə ödəniş qəbzləri və kuponlar aşkar olunaraq götürülüb.

Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olan, o cümlədən qanunsuz totalizator fəaliyyəti göstərən bütün fiziki və hüquqi şəxslər barədə qanun çərçivəsində tədbirlər görüləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!