22 Sentyabr, 2011
Çörək bahalaşmayacaq

Tarif Şurasına müraciət daxil olmayıb

Azərbaycanda çörəyin qiymətində hər hansı dəyişiklik gözlənilmir.

Simsar.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Tarif (Qiymət) Şurasının icraçı katibi vəzifəsinin icraçısı İlkin Məcidov bildirib.

Onun sözlərinə görə, Tarif (Qiymət) Şurasına çörəyin qiymətinin artırılması ilə bağlı heç bir müraciət daxil olmayıb: “Bu baxımdan çörəyin qiymətində dəyişiklik gözlənilmir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!