22 Sentyabr, 2011
Düşmən susdurulub

Atəşkəs pozulub

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub. Bu barədə cümə axşamı Simsar.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 21-də saat 10:00-dan 10:15-dək, 22:10-dan 22:20-dək, 23:05-dən 23:40-dək və 23:35-dən 23:40-dək Ağdam rayonunun Cəvahirli və Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 10:15-dən 10:30-dək və 13:00-dan 13:15-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15:00-dan 15:20-dək və 19:10-dan 19:15-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22:00-dan 22:15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!