Türkiyə çempionatında 3-cü turun oyunları keçirilir.
Mövsümə ardıcıl iki qələbəylə başlayan “Fenerbahce” bu dəfə xal itkisi ilə üzləşib. Evdə “Manisaspor”la qarşılaşan “sarı-lacıvərdlilər” iki qol vursalar da, bunlardan birini öz qapılarından keçirdiklərindən 1 xalla kifayətləniblər. İlk turda “Galatasaray”ı, ötən tur isə “Trabzonspor”u yenməklə diqqətləri çəkən “İstanbul BB” də xal itirib. Bu komanda yeni mövsümün debütantlarından olan “Orduspor”la qarşılaşmada məğlubiyyətdən xilas olması ilə təsəlli tapıb.
İkinci oyun günündə "Galatasaray" da xal itkisi ilə üzləşib. "Cim Bom"la yanaşı "Trabzonspor" da "Samsunspor"la qarşılaşmanın son dəqiqələrində qələbəni əldən verib.
DİGƏR XƏBƏRLƏR