22 Sentyabr, 2011
Lisenziyaların sayı 17 oldu

Bir velisopedçi də Olimpiyaya gedəcək

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bu uğura velosiped idmanı növündə Yelena Çalıx layiq görülüb. 

Çalıx Danimarkanın paytaxtı Kopenhagendə təşkil olunmuş dünya çempionatında 27,8 km məsafəni 38 dəqiqə 8,22 saniyəyə qət edərək 13-cü yeri tutub. Bu nəticə ilə Çalıx müstəqil Azərbaycan idmanı tarixində velosiped idmanı növündə qazanılmış ilk olimpiya lisenziyasına sahib olub. Bunadək ölkəmiz kanoe və akademik avarçəkmə növlərində də ilk dəfə olimpiadaya vəsiqələr əldə edib.

Qeyd edək ki, əvvəllər atletikanın çəkicatma növündə Dmitri Marşin, taekvondoçularımız Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçumuz Soltan Migitinov (75 kq), güllə atıcımız İradə Aşumova, kanoeçilərimiz Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr) və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti (2 nəfərlik qayıqla 1000 metr), akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva (hər 2-si 1 nəfərlik qayıqla 2000 metr), yunan-Roma güləşçilərimiz Rövşən Bayramov (55 kq) və Saman Ahman Tahmasebi (84 kq), qadın güləşçimiz Mariya Stadnik (48 kq), sərbəst güləşçilərimiz Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Camaləddin Maqomedov (120 kq) da 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!