21 Sentyabr, 2011
MÜBARİZ MƏNSİMOV VƏ TELMAN İSMAYILOV TOYA DƏVƏT OLUNMAYIBLAR - EKSKLÜZİV

Baloğlan Əşrəfov təkzib etdi

“Oğlumun toyuna nə Mübariz Mənsimov, nə də Telman İsmayılovu dəvət etməmişəm. Amma Mübariz Mənsimovun yaxınlarına dəvətnamə göndərilib”.

Bunu Simsar.az-a açıqlamasında əməkdar artist Baloğlan Əşrəfov oğlunun toy məclisində tanınmış iş adamlarının iştirak edəcəklərinə dair məlumatlara münasibət olaraq bildirib.

Bəzi saytlar məlumat veriblər ki, Türkiyədə yaşayan məşhur azərbaycanlı iş adamları Mübariz Mənsimov və Telman İsmayılov B.Əşrəfovun oğlunun sentyabrın 26-da Bakıda keçiriləcək toy məclisində iştirak edəcəklər.

Müğənni isə bu məlumatı təkzib etdi: “Mən onlara dəvətnamə göndərməmişəm”.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!