21 Sentyabr, 2011
Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib

Qeyri-rəsmi nikahda olduğu kişi onu ov tüfəngi ilə öldürüb

Türkiyədə Azərbaycan əsilli qadın öldürülüb. Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bursanın İznik rayonunda gecə yarısı 7 yaşlı oğlunu kontur almağa göndərmək istəyən 56 yaşlı Mustafa T. onun bu istəyinə qarşı çıxan azərbaycanlı, qeyri-rəsmi nikahda olduğu Fəzilət A.-nı uşaqlarının gözü önündə güllələyib. 


Mustafa T. ov tüfəngindən Fəzilət A.-nı qarnına və ayaqlarına atəş açaraq öldürüb. O, qaçmağa çalışsa da, yaxalanıb. Mustafa T.-nin davamlı spirtli içki qəbul etdiyi və buna görə də ailədə daim dava-dalaş olduğu bildirilir. Mustafa T. olay baş verən gün də içkili olub.

Qeyd edək ki, Mustafa T. 10 il əvvəl 3 uşağı olduğu halda arvadını boşayıb və Fəzilət T. ilə molla kəbiniylə evlənib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!