20 Sentyabr, 2011
YAŞAR NURİ HƏLƏ DƏ REANİMASİYADADIR

Xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nurinin durumu stabildir.

Bunu APA-ya açıqlamasında aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva deyib. O bildirib ki, Yaşar Nuriyə lazımi müalicə tətbiq olunur: “Yaşar hələ də reanimasiyadadır. Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Mən buna inanıram”.

R.Nuriyevanın sözlərinə görə, həkimi aktyorun nə zaman palataya köçürüləcəyi barədə məlumat verməyib.

Qeyd edək ki, beş gün əvvəl xalq artisti Yaşar Nurinin səhhəti qəflətən pisləşib və aktyor Dövlət Gömrük Komitəsinin Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Yaşar Nuri bu il ərzində bir neçə dəfə xəstəxanada köçürülüb. Aktyorun ağ ciyərində problemlər olduğu deyilir. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəli Türkiyənin Memorial Xəstəxanasında uzun müddət müalicə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!